Şəmkir rayonu, Bakı - Qazax 393cü km, 3 yol dairəsi (+994) 77 470 20 01 [email protected]

Rövşənoğlu Agro

Ana səhifə Rövşənoğlu Agro

Rövşənoğlu Agro

Xidmət sektoru

"Rövşənoğlu Agro” Kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən və yerli fermerlərin yüksək keyfiyyətli aqrar məhsullarla təmin edilməsini əsas prioritet hesab edən müasir aqrar şirkətdir. Şirkət bitki mühafizə vasitələri, gübrələr və pestisidlərin topdan və pərakəndə satışı istiqamətində fəaliyyət göstərərək, ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən fermer təsərrüfatlarına peşəkar həllər təqdim edir.

“Rövşənoğlu Holding” nəzdində fəaliyyət göstərən “Rövşənoğlu Agro”, aqrar sektorda beynəlxalq təcrübəni yerli bazarın ehtiyacları ilə birləşdirərək, fermerlərə yalnız məhsul deyil, eyni zamanda peşəkar yanaşma, düzgün istiqamətləndirmə və aqronom dəstəyi təqdim edir.

Şirkət dünyanın qabaqcıl bitki mühafizə vasitələri, gübrə və pestisid istehsalçıları ilə əməkdaşlıq edərək, Azərbaycanda kənd təsərrüfatının inkişafına töhfə verməyi əsas missiyalarından biri hesab edir. Bu istiqamətdə “Rövşənoğlu Agro”, Türkiyənin aqrokimya sahəsində aparıcı şirkətlərindən biri olan FERAS KIMYA ZIRALI ILAC TARIM HAYVANAK.IÇ VE DIŞ TİC.LTD.ŞTİ və dünya gübrə sənayesinin lider şirkətlərindən biri olan Yara Suomi Oy şirkətinin Azərbaycandakı rəsmi distributoru olaraq fəaliyyət göstərir.

Şirkətimiz vasitəsilə fermerlər dünya səviyyəsində etibarlılığı ilə tanınan YaraMila™, YaraLiva™, YaraTera™, YaraVita™, YaraRega™, YaraAmplix™, FOLICARE™ və FERTICARE™ kimi qabaqcıl gübrə məhsullarına çıxış əldə edir. Bu məhsullar bitkilərin balanslı qidalanmasına, məhsuldarlığın yüksəldilməsinə, torpaq potensialının daha səmərəli istifadəsinə və yüksək keyfiyyətli məhsul əldə olunmasına dəstək verir.

“Rövşənoğlu Agro” olaraq fəaliyyətimiz yalnız məhsul satışı ilə məhdudlaşmır. Şirkət fermerlərə peşəkar aqronom dəstəyi, sahəyə uyğun gübrələmə istiqamətləndirilməsi, bitki mühafizə proqramlarının hazırlanması, düzgün məhsul seçimi və aqrar konsultasiya xidmətləri təqdim edir. Məqsədimiz fermerlərin məhsuldarlığını artırmaq, riskləri minimuma endirmək və müasir kənd təsərrüfatı yanaşmalarını daha əlçatan etməkdir.

Şirkətimiz kənd təsərrüfatında davamlı inkişafı dəstəkləyərək, innovativ yanaşmaları, beynəlxalq təcrübəni və yüksək keyfiyyət standartlarını yerli fermerlərin xidmətinə təqdim edir. Bölgələrə operativ çatdırılma imkanlarımız və peşəkar xidmət anlayışımız sayəsində ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən fermerlər üçün etibarlı tərəfdaş olmağa davam edirik.

Biz inanırıq ki, güclü kənd təsərrüfatı düzgün seçim, keyfiyyətli məhsul və peşəkar dəstəklə formalaşır.

“Rövşənoğlu Agro” – keyfiyyətli aqrar həllər, yüksək məhsuldarlıq və etibarlı tərəfdaşlıq ünvanı. 

Xəbər və elanlar

Bizim haqqımızda ən son yeniliklər

13 May 2026

Rövşənoğlu Holding Caspian Agro 2026 InterFood Azerbaijan sərgisində.

Daha çox
22 Apr 2026

“Rövşənoğlu Agro” - "YARA" şirtkəti ilə birgə fermerlər üçün ixtisaslaşmış seminar təşkil etdi.

Daha çox
03 Dec 2025

Bu gün Rövşənoğlu Toxumçu MMC-yə məxsus demo stansiyamızda regionda fəaliyyət göstərən mağaza sahibləri, dillerlər və peşəkar əkinçilərin iştirakı ilə maraqlı və dəyərli bir görüş keçirildi.

Daha çox

Bizimlə Əlaqə

Şəmkir rayonu, Bakı - Qazax 393cü km, 3 yol dairəsi

(+994) 77 470 20 01

© Rövşənoğlu Holding. All Rights Reserved. Developed by Deirvlon Technologies.