Şəmkir rayonu, 3 yol dairəsinin yanı
(+994) 77 295 77 57
https://rovshanoglu.com/company?id=3-rovsenoglu-toxumcu
"Rövşənoğlu Toxumçu" MMC 2020-ci ildə qurulmuş və yarandığı gündən etibarən meyvə-tərəvəz toxumlarına fokuslanaraq fəaliyyətini davam etdirən bir şirkətdir.
Şirkət, bazar tələblərinə uyğun şəkildə, düzgün seçilmiş, yüksək keyfiyyətli, daim yenilənən və inkişaf edən, sizə maksimum fayda verəcək meyvə-tərəvəz toxumlarının təqdim olunmasını qarşısına məqsəd qoymuşdur.
Qeyd edək ki, şirkətin nəzdində olan 20 hektardan çox ərazi əsasən ölkəyə yeni gətirilmiş müxtəlif çeşidli toxumların və şitillərin sınaqdan keçirilməsi, həmçinin Azərbaycanın müxtəlif regionlarında hava şəraitinə uyğun toxum sortlarının müəyyənləşdirilməsi məqsədilə istifadə olunur.
"Rövşənoğlu Toxumçu" MMC meyvə, tərəvəz və digər bitki toxumlarının topdan və pərakəndə satışını həyata keçirir. Eyni zamanda, Türkiyənin ən böyük toxum istehsalçılarından biri olan "MULTI TOHUM TARIM SAN. TİC. A.Ş" şirkətinin Azərbaycandakı rəsmi distribyutorudur.
Əsas məqsədimiz şirkətimizi daha da böyütmək, daha böyük və nüfuzlu toxum istehsalçıları ilə əməkdaşlıqlar qurmaq, ölkəmiz və bölgəmiz üçün ən uyğun, məhsuldar və keyfiyyətli toxumları təqdim etmək, çeşidlərimizi daim artırmaq və fermerlərə dəyər yaratmaqdır.
“Rövşənoğlu Toxumçu” – Kənd təsərrüfatı sahəsində müasir yanaşmalar tətbiq edən, beynəlxalq toxum brendləri ilə əməkdaşlıq edən, yerli fermerlərə isə yüksək məhsuldarlıq, keyfiyyət və dayanıqlılıq vəd edən toxumların satışını həyata keçirən ixtisaslaşmış bir təsərrüfat və marketinq mərkəzidir.
Şəmkir rayonu, Bakı - Qazax 393cü km, 3 yol dairəsi
(+994) 51 645 00 00
© Rövşənoğlu Holding. All Rights Reserved. Developed by Deirvlon Technologies.